16-17 noyabr 2022-ci il tarixlərində Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə Astana Tibb Universitetində “Şıpajai-2022” VII Beynəlxalq Elmi-Praktik Forum keçirilmişdir.
Forum iştirakçıları, o cümlədən Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Çexiyanın bərpaedici və reabilitasiya təbabətinin aparıcı nümayəndələri öz ölkələrində sənayenin inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin kurortologiya və reabilitasiyanın aktual problemlərinə dair ustad dərsləri keçiriblər.
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Şıpajai-2022” beynəlxalq elmi-praktik forumunun təşkilinə görə təşəkkür məktubu alıb.

Loading