22.04.2024-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib. İclasda tibb elmləri doktoru, professor Əli Rəhim oğlu Allahverdiyevin 75 illik yubileyi qeyd edilib.  Yubilyarı təbrik edən rəhbərlik onun institutun elmi həyatında səmərəli fəaliyyəti barədə məlumat verib. Eyni zamanda institutun əməkdaşları yubilyar alimi yaradıcılıqdan, onların insani dəyərlərindən söz açıblar. Qeyd edilib ki, yubilyar işlədikləri müddət ərzində öz işlərinə böyük sevgi və rəğbətlə yanaşmış, əməkdaşların dərin hörmətini qazanmış. Onun fiziologiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışan əməkdaşlar yubilyarlı təbrik ediblər.

Loading