Ulduz Hashimova St. Petersburg

Akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova 11-15 sentyabr 2023-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən I.P. Pavlov adına Fiziologiya Cəmiyyətinin XXIV qurultayında iştirak etmişdir.
Professor U.Həşimovanın “Beynin koqnitiv mexanizmləri və süni intellekt üçün neyrotexnologiyalar” simpoziumunda “Beyin yarımkürələrinin funksional asimmetriyasının struktur ilkin şərtləri məsələsi” mövzusunda məruzəsi ilə çıxışı konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Həmçinin professor U.Həşimova İ.P.Pavlov adına Fiziologiya İnstitutunun direktoru professor Dyujikova Natalya Alekovna və həmin institutun elmi işlər üzrə direktor müavini Moşonkina Tatyana Romulyevna ilə görüşüb, institutun elmi işlərinin nailiyyətləri ilə tanış olub və əməkdaşlıq məsələlərini müzakirə edib.

Ulduz Hashimova St. Petersburg

Ulduz Hashimova St. Petersburg

Ulduz Hashimova St. Petersburg

Loading