“Azerbaijan Journal of Physiology” jurnalında eksperimental və kliniki fiziologiya və fiziologiya elminə aid fənlərarası biokimyəvi, genetik, biofiziki, zooloji, farmakoloji və s. tədqiqatların nəticələrini əks etdirən orijinal və icmal məqalələr çap edilir.
Jurnal 1956-ci ildə yarandığı gündən 36 cilddə nəşr olunmuş “A.İ.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin materialları. Fiziologiya və biokimya problemləri” (ISSN 2948-0450) adı ilə tanınan jurnalın ardı və davamçısıdır.
Cari jurnalın adı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 sentyabr 2019-cu il tarixli 4259 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmışdır.
Jurnalın saytı: https://ajp.az
Nəşriyyat: Azerbaijan Physiological Society, Academician Abdulla Garayev Institute of Physiology
Ünvan: AZ1100 Azərbaijan Respublikası, Bakı, Şərifzadə küçəsi 78
Dövriliyi: ildə 2 dəfə
Baş redaktor: b.e.d., prof. Ulduz Fayızi qızı Həşimova
Baş redaktorun müavini: f.-r.e.d., prof. Əhməd Məhəmməd oğlu Hacıyev
Məsul redaktor: b.ü.f.d., dosent Leyla Bağdad qızı Qədirova