Professor Ulduz Hashimova

2023-cü il aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında AMEA-ya və Səhiyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib və bundan irəli gələrək hər iki qurumun iştirakı ilə böyük tədbirlər keçirilir.

Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş Zərifə Əliyevaya həsr edilmiş tədbirlərin yeni nəsil həkimlərin və elmi kadrların hazırlanması işinə də öz töhfəsini verdiyini deyən akademik İsa Həbibbəyli bugünkü yığıncaqda alimin davamçılarının da iştirak etdiyini diqqətə çatdırıb.

Tədbirdə akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova “Akademik Zərifə Əliyevanın görmənin fiziologiyası və patologiyası sahəsindəki elmi xidmətləri” mövzusunda məruzə ilə çıxış edib, AMEA-nın müxbir üzvü Rafiq Qasımov isə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb.

Loading