Ulduz Hashimova

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, prorfessor Ulduz Həşimova 14 aprel 2023-cü il tarixində Bakı Dövlət Universitetində keçirilmiş akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransında çıxış edib.

Prorfessor Ulduz Həşimova görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.

Akademik Zərifə Əliyeva 1975-1985-ci illərdə A.İ.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatların müəllifidir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Вестник офтальмологии” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür.

Loading