Heydər Əliyev

Azərbaycan alimləri 2023-cü il mayın 10-da müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyib, xatirəsini ehtiramla yad ediblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

science.gov.az

Loading