Əsgərov F.B. Reseptordan refleksədək. Monoqrafiya. – MSV NƏŞRİ MMC. Bakı. 2018. 420 səh.
Monoqrafiya tibbi-biologiyanın ən aktual məsələlərindən biri olan qidalanma (qidanın) faktorunun bioloji dövriyədə roluna, interoseptiv mübadilə mexanizmlərinin formalaşmasında iştirakına, eyni zamanda məqsədyönlü motivasion-emosional və şərti-reflektor reaksiyaların orqanizmdə canlı sistemlərdə iştirakına həsr olunmuşdur.
Müxtəlif növlərin orqanizmində öz aralarında əlaqələri, yalnız təkcə xarici əlaqə ilə yox, hansı ki, daha tez nəzərə çarpır (məsələn, qida əlaqəsi), amma birinci növbədə, həyat substansiyasından, ikinci növbədə təkamül proseslərinin vahidliyi ilə bağlılığından, yəni təkamül makrosisteminin tərkib hissəsi kimi, daimi dəyişən informasiya mübadiləsindən də asılıdır. Məlumdur ki, qida bakteriyanın mənimsəmə aparatını dəyişdirərək reseptordan yastı qurdlarda neyrona çevrilməsinə səbəb olmuşdur. Arılarda sinir hüceyrəsi qidanın təsirindən xarici mühitin informasiya inteqratoruna çevrilir və yeni orqana çevrilərək spesifik davranış formalaşdırır, hansı ki, heyvanın yeni mühitdə davranışını təmin edir, insan üçün isə bilik (elm) və dərketmə orqanına çevrilir. Lakin tam sintezli elmi istiqamət biologiyada və fiziologiyada İ.M. Seçenov və İ.P. Pavlovun adı ilə bağlıdır, hansılarki, orqanizmin özünü qoruma formasının əsasında duran reflektor fəaliyyəti kəşf etdilər. Uzun illər aparılan müşahidələr əsasında beyinin qida funksional sistemində ümumi, zülal və vitamin aclığı modelində neyron və qliya hüceyrələrində və subhüceyrə fraksiyalarında morfokimyəvi və neyrokimyəvi xarakterli tədqiqatların nəticələri göstərdi ki, hər hansı ekstremal faktorun təsirinə qarşı yaranmış adaptiv davranış universal mexanizm ilə nizamlanır, «adaptasiyanın struktur izi» canlı orqanizmlərin filogenetik inkişafında baş vermiş və inkişaf etmiş iz prosesi kimi, bakteriya reseptorundan insan beyninin neyronlarına qədər inkişaf etmişdir. O, genetik apparatda fiksə olunmuşdur və insan və heyvanların adaptiv davranışının neyrohumoral proqramının əsasını təşkil edir.
Bu monoqrafiyada müəllif tərəfindən ilk dəfə bu konsepsiyanın dürüstlüyünü təsdiq etmək üçün təşəbbüs qaldırılır.
Аскеров Ф.Б. От рецептора до рефлекса. Монография. Баку. 2018.
