26-28 oktyabr 2022-ci ildə Qazaxstanın Astanada şəhərində V yubiley Nobel festivalı keçirilib. Bu festival  Nobel mükafatı laureatları, görkəmli alimlər və ekspertlərlə müzakirələr və bilik mübadiləsi üçün unikal onlayn platformadır. Nobel festivalının əsas missiyası qlobal təhsili və elmi nailiyyətləri dünyanın hər yerində əlçatan etməkdir. Festivala 150 ölkədən 500000 iştirakçı cəlb olunub, 14 Nobel sülh mükafatı laureatı daxil olmaqla 70-dən çox dünyada tanınmış görkəmli alimlərdən ibarət spikerlər məruzələr ediblər. Spikerlər arasında Azərbaycanı Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri direktoru, professor Ulduz Həşimova təmsil edib. Professor Həşimova 28 oktyabrda  festivalın “Biz hamımız qocalırıq: eycizmi dayandırın” (“We are all getting old: stop ageism”) seksiyasında qocalmanın mexanizmləri, fizioloji və genetik aspektləri ilə bağlı təqdimatla çıxış edib. Alim dünyanın “Mavi zonalar” adlanan nadir məkanları haqqında məlumatlar verib, Azərbaycanın “mavi zona” statusuna cavab verən rayonlarından, xüsusən də Şuşa və ətraf ərazilərdən danışıb. Bu seksiyanı aparan tanınmış amerikalı yazıçı, yaşa görə diskriminasiya əleyhinə hərəkatın liderlərindən biri Eşton Eppluaytla maraqlı müzakirələr olub.

physiology.az26-28 oktyabr 2022-ci ildə Qazaxstanın Astanada şəhərində V yubiley Nobel festivalı keçirilib. Bu festival  Nobel mükafatı laureatları, görkəmli alimlər və ekspertlərlə müzakirələr və bilik mübadiləsi üçün unikal onlayn platformadır. Nobel festivalının əsas missiyası qlobal təhsili və elmi nailiyyətləri dünyanın hər yerində əlçatan etməkdir. Festivala 150 ölkədən 500000 iştirakçı cəlb olunub, 14 Nobel sülh mükafatı laureatı daxil olmaqla 70-dən çox dünyada tanınmış görkəmli alimlərdən ibarət spikerlər məruzələr ediblər. Spikerlər arasında Azərbaycanı Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri direktoru, professor Ulduz Həşimova təmsil edib. Professor Həşimova 28 oktyabrda  festivalın “Biz hamımız qocalırıq: eycizmi dayandırın” (“We are all getting old: stop ageism”) seksiyasında qocalmanın mexanizmləri, fizioloji və genetik aspektləri ilə bağlı təqdimatla çıxış edib. Alim dünyanın “Mavi zonalar” adlanan nadir məkanları haqqında məlumatlar verib, Azərbaycanın “mavi zona” statusuna cavab verən rayonlarından, xüsusən də Şuşa və ətraf ərazilərdən danışıb. Bu seksiyanı aparan tanınmış amerikalı yazıçı, yaşa görə diskriminasiya əleyhinə hərəkatın liderlərindən biri Eşton Eppluaytla maraqlı müzakirələr olub.

physiology.az

Loading